Dostluq Haqqında Atalar Sözləri

  • Dostlar, özümüz üçün seçdiyimiz bir ailədir.
  • Hər şeyin təzəsi, dostun köhnəsi.
  • Dost dostun sağlığını istər.
  • Dost gəlişi bayram olar.
  • Dostu çox olanın gücü çox olar.
  • Dostun sirrin dost bilər.
  • Bir adamla dost olmaq istəyirsənsə, onun dostuna bax.
  • Yaxşı günün dostu çox olar.
  • Özünü bir tərifləyəndə, dostunu iki təriflə.
 

Davamı →

Mənalı Atalar Sözləri

Keçmişdən bu günə ulu atalarımızdan bizə miras qalan atalar sözlərimiz bizə həyatı yenidən öyrədir, öyüd-nəsihət verir. Biz də bu hikmətli atalar sözlərindən mənalı hesab etdiyimiz 39 sözü sizlər üçün bir yazıda topladıq.

1.Cəfasın çəkən səfasın görər. 

2.Söz qılıncdan kəsərlidir.

3.Təmiz hava girməyən evə həkim girər.

4.Ürək götürməyəni, əl götürməz.

5.Şam bahadı — korun nə vecinə.

6.Ağıllı uşaq nadan qocadan yaxşıdır.

7.Bəxt, gözüaçıq olanların yanındadır.

8.İtə nə qədər daş atsan, o qədər də hürər.

9.Bir cinayətə göz yuman, ikincisini də dəvət edər. 

10.Şərəfli məğlubiyyət şərəfsiz qələbədən yaxşıdır.


Davamı →

Valideyn və övlad haqqında

  • Ana, bala ucundan canını oda yaxar
  • Ana qarnında necə qalıbsan?
  • Anadan əziz yenə anadır
  • Anadan əmdiyim süd burnumdan gəldi
  • Analar bizi bu gün üçün doğub
  • Analı qızın özü böyüyər, anasız qızın sözü böyüyər
  • Analı quzu, xınalı quzu
  • Anan, bacın kimdir? — Yaxın qonşum
  • Ananın səbri tükənməz olur
  • Ata-ananın canı övlada bağlı olar
  • Ataya oğul, anaya qul
  • Ata malına göz dikən ac olar
  • Atam ilə atanı deyincə, özüm ilə özünü de


Davamı →

Yəhudi ata sözləri

Adəm dünyanın birinci xoşbəxtidir, çünki qaynanası olmayıb.

Əgər problemi pulla həl eləmək olursa, demək bu problem deyil xərcdir.

Tanrı insana iki qulaq və bir ağız verib ki, insan daha çox qulaq asıb az danışsın.

Tanrı səni pis qadınlardan qorusun, yaxşılarından özün canını qurtar.
Davamı →